BBCompany-consulting-logo
ŞİRKƏT HAQQINDA

“Baku Business Company” 2009 -cu il tarixdə Bakı şəhərində hüquqi şəxs olaraq qeydiyyatdan keçmişdir. Şirkətimizin məqsədi əhatəli və geniş çərçivəyə malik keyfiyyətli məsləhət xidmətləri təklif etməkdən ibarətdir. Biz artıq tam əminliklə deyə bilərik ki, uzun illər ərzində öz peşəkar heyətimizlə  müştərilərimizə göstərmiş olduğumuz xidmətdən zövq alırıq və sabahımızı düşünərək fəaliyyət göstəririk. Bunun üçün isə bizi seçən və bizə etibar edən müştərilərimizə minnətdarıq. Şirkətimizin başlıca prinsipi olan – hər hansı bir qeyri-qanuni  sövdələşmələrə getməmək, tam olaraq bütün fəaliyyətimizi Qanunvericilik çərçivəsində həyata keçirmək bizi müştərilərimizlə bərabər daha da ruhlandırır və sabaha inamımızı daha da artırır.
Şirkətimiz Sizlərə, Qanunvericilik çərçivəsində hüquqi, o cümlədən fiziki şəxslərin dövlət qeydiyyatı, bütün növ vergi, mühasibatlıq,  hüquqi və gömrük əməliyyatları üzrə peşəkar və etibarlı xidmət təklif edir.

Bbcompany Slider1
Bbcompany-slider1
Bbcompany-slider2
Bbcompany-slider3
XİDMƏTLƏR

Mühasibatlıq üzrə

accounting

● Vergi ödəyiicilərinin fəaliyyət növünə uyğun olaraq maliyyə-təsərrüfat üçotunun aparılması, o cümlədən;
– Aylıq, rüblük və illik vergilərin hesablanması
– Әmək haqqlarının Vergi və Әmək Məcəllələrinə uyğun olaraq hesablanması
– Xərclərin aid olduqları kateqoriyalar üzrə bölüşdürülməsi
– Bank və xəzinə əməlliyyatlarının üçotu
– Balansda olan əsas vəsaitlərin üçotu
– Debitor və kreditorlarla hesablaşmalar
– Mənfəət və zərərin hesablanması
● Bütün dövlət qurumlarına aylıq, rüblük və illik hesabatların hazırlanıb
təqdim edilməsi
● Maliyyə nəticələrinin hazırlanması

Vergi Qanunvericiliyi üzrə

taxes

● Vergi Qanunvericiliyi üzrə bütün növ məsləhətlər
● Səyyar vergi yoxlaması zamanı müştəriləri təmsil etmək və mənafelərini qorumaq
● Vergilərin optimallaşdırılması

Hüquqi məsələlər üzrə

legalservices

● Hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı, o cümlədən qeydiyyatın ləğv edilməsi, qeydiyyatda dəyişikliklərin edilməsi, şirkətlərin qoşulması, nizamnamə kapitalında dəyişikliklərin edilməsi
● Debitor və kreditorlarla müqavilələrin hazırlanması
● Məhkəmələrə iddia ərizələrinin hazırlanması və müştərilərin mənafelərini məhkəmələrdə qorumaq
● Viza xidməti

Gömrük Qanunvericiliyi üzrə

gomruk

● İdxal və ixrac əməliiyatları zamanı Gömrük Qanunverciliyinin düzgün tətbiq edilməsi üzrə məsləhətlər və onların icrası

Əmək Qanunvericiliyi üzrə

EmekQanunvericiliyi

● İşçi heyətlə əmək münasibətlərinin Qanunvericilik çərçivəsində təşkili
● Әmək müqavilələrinin hazırlanması və onların dövlət qeydiyyatı
● Әmək müqavilələrinin ləğv edilməsi zamanı işəgötürənin və işçilərin təminatları
● Әməyin mühafizəsi üzrə işçi heyətlə sənədləşmələrin aparılması

Təlim-tədris kursları

telimkurslari

● Yerli mühasibatlıq üzrə tam təlim-tədris kurslarının keçirilməsi, o cümlədən; Vergi və Əmək Məcəllərinin tədrisi, “1C” mühasibatlıq proqramının tədrisi
● Beynəlxalq mühasibatlıq (IFRS) üzrə təlim– tədris kurslarının keçirilməsi.
● ACCA üzrə imtahanlara hazırlıq

MÜŞTƏRİLƏR

Müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər, o cümlədən:
● Xarici hüquqi şəxslərin ölkəmizdəki filial və nümayəndəlikləri
● Tikinti, istehsalat, ticarət, karbohidrogen fəaliyyətlərilə məşğul olan yerli və xarici investisiyalı hüquqi şəxslər

BİZİMLƏ ƏLAQƏ

ÜNVAN:  Bakı şəhəri, A.Cəlilov küç. 26/24, Yeni Həyat
TELEFON: +99412 4904039, +99450 2070847
EPOÇT:  info@bbcompany.az
VEB:  www.bbcompany.az